Biz şəhid və qazi ailələrinin sosial qayğılarının həllinə ciddi yanaşırıq. Hazırda həmin ailələrin 23 üzvü Dövlət Xidmətinin əməkdaşları sırasına qəbul olunub.
×
Biz şəhid və qazi ailələrinin sosial qayğılarının həllinə ciddi yanaşırıq. Hazırda həmin ailələrin 23 üzvü Dövlət Xidmətinin əməkdaşları sırasına qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli təmsil etdiyi qurumun ötən ildəki fəaliyyətilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Mədəni irsin qorunması işinin kompleks şəklində təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri 2021-ci ildə də davam etdirilib. İl ərzində 110 tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb, 72 abidənin isə mühafizə zonası ilə bağlı sənədləri başa çatdırılıb. Hazırda daha 155 abidənin 2022-ci il ərzində hazırlanması və daha 108 abidə ilə bağlı mühafizə zonasına dair layihənin hazırlanması nəzərdə tutulur”, - deyə Azad Cəfərli bildirib.