Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Avropa İttifaqı və ÜST koronaviruslu xəstələrin müalicəsində istifadə olunan avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib

ID:

12.10.2021 15:55 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Oktyabrın 12-də Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula və COVID-19-un aşkarlanması üçün 4000 PZR testi üçün reagent Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib.