Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi olub

ID:

28.05.2022 13:50 / İDMAN

Foto : AZƏRTAC / Tofiq Babayev

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə dünya kuboku yarışının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirakçıları, həmçinin xarici ölkələrdən gələn qonaqları salamlayıb və belə bir tədbirin Bakıda keçirilməsindən qürur duyduğunu diqqətə çatdırıb.