Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Anım Günündə Heydər Əliyev Mərkəzinin binası və “Alov qüllələri” üzərində Azərbaycan bayrağı əks olunub

ID:

27.09.2021 20:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov, Arif Quluzadə, Roman İsmayılov

Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, saat 19:00-da başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunub.