Bizə dayanıqlı sülh lazımdır, işğal dövründə ermənilərin törətdikləri dağıntılar xalqımızın ürəyində nifrət hissi oyadıb.
×
Bizə dayanıqlı sülh lazımdır, işğal dövründə ermənilərin törətdikləri dağıntılar xalqımızın ürəyində nifrət hissi oyadıb. Sülh konsepsiyası bu ilin yanvarında yaradı. Biz işğaldan azad olunmuş ərazilərə getdik və burada dağıntıları gördük. Buranı canlandırmaq üçün bizə sülh lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı ifadə edib.
Nazir qeyd edib ki, sülh mədəniyyətinin əsas məqsədi mədəniyyətin sülhə verə biləcək töhfəyə əsaslanır. Mədəniyyət və sülh arasında qarşılıqlı əlaqə var. Burda təkcə fiziki bərpadan söz getmir, həmçinin insanlar arasında sülhü təşviq etmək lazımdır. Azərbaycan 2008-ci ildə “Bakı Prosesi”nə başladı. Bu təşəbbüsün başlamasından artıq 13 il keçib. Bu böyük bir qlobal platformaya çevrilib.
O həmçinin bildirib ki, bütün bunlar Azərbaycanın uzunmüddətli sülh prosesinin qurulmasına hazır olmasının göstəricisidir. Bu təşəbbüsün nəticələr verməsi üçün biz artıq praktiki fəaliyyətlər barədə düşünmüşük. Sülh və mədəniyyət bizim dayanıqlı inkişafımız üçün çox vacib elementdir.