Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Anar Eyvazov: Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir

ID:

02.10.2020 14:55 / CƏBHƏ XƏBƏRLƏRİ

Foto : AZƏRTAC / Azər İbrahimov

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfini dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu gün Şəmkirin Sabirkənd, Tovuzun Ağdam, Bərdənin Əmirli, Ağdamın Quzanlı, Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli yaşayış məntəqələri düşmən tərəfindən intensiv artilleriya atəşinə məruz qalıb.