Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Anar Eyvazov: Azərbaycan Ordusu yaşayış məntəqələrini atəşə tutmur, yalnız legitim hərbi hədəfləri məhv edir

ID:

05.11.2020 19:10 / CƏBHƏ XƏBƏRLƏRİ

Foto : AZƏRTAC / Tofiq Babayev

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində və cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub.