Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

ANAMA bir sıra xarici təşkilatla anlaşma memorandumları imzalayıb

ID:

01.04.2022 13:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Aprelin 1-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bir sıra xarici təşkilatla anlaşma memorandumları imzalayıb.

AZƏRTAC xəbər verir ki, anlaşma memorandumları ANAMA ilə Türkiyənin İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı (İHH) və Türk QHT İnsani Mayın Faaliyeti Derneği (İMFAD), Rusiyanın “ENERQOTRANSPROYEKT” Elmi-tədqiqat və layihə-axtarış energetika və nəqliyyat institutu” MMC, Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatı arasında imzalanıb.