Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Amnistiya aktının icrası çərçivəsində bu gün ölkə üzrə 60-a yaxın məhkum azad edilib

ID:

01.12.2021 12:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Dekabrın 1-də Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma amnistiya aktının tətbiq edilməsi barədə qərar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bugünkü tədbirdə əsasən islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən 20 nəfərə təqdim edildiyini bildirib.