Amnistiya aktı qüvvəyə mindiyi günədək törədilmiş cinayətlərə tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bunu cavablandıran Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icra vəziyyəti ilə bağlı dekabrın 6-da Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.
×

Aynur Osmanova deyib ki, amnistiya aktına əsasən, uzanan və davam edən cinayət bu akt qüvvəyə mindiyi günədək bitmədiyi halda həmin şəxslər barəsində şamil edilmir. Lakin burada hərbi xidmət keçmədən boyun qaçırma, fərarilik və hərbi hissəni, hərbi xidmət yerini özbaşına tərketmə cinayətləri üzrə istisnalar müəyyən olunub. Bu ağırlaşdırıcı hallar istisna olmaqla amnistiya aktı tətbiq oluna bilər. Amnistiya aktı qüvvəyə mindiyi gündən dörd ay ərzində müvafiq şəxslər könülü sürətdə təslim olduqdan və ya tutulduğu andan həmin şəxslər barəsində amnistiya aktı tətbiq oluna bilər.