Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

AMEA-da Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

ID:

17.05.2023 18:15 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Roman İsmayılov

Mayın 17-də AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 115 illik yubileyinə həsr edilmiş “Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiya keçirilib.