İyunun 3-də “TEKNOFEST Azərbaycan” festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş Rəyasət Heyətinin xüsusi iclası keçirilib.
×
İyunun 3-də “TEKNOFEST Azərbaycan” festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş Rəyasət Heyətinin xüsusi iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclasda Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələri haqqında” qərarı səsləndirilib.
Qərara əsasən, AMEA-nın “TEKNOFEST Azərbaycan” 5-ci Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirakı yüksək qiymətləndirilib. Sənəddə, həmçinin 2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST”də AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı tədbirlər planının hazırlanması, qardaş ölkənin elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə elmi araşdırmaların aparılması, qarşılıqlı kadr mübadiləsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və s. məsələlər əksini tapıb.