Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

ID:

19.07.2026 14:00 / ELM VƏ TƏHSİL

Foto - Orxan Kərimov

Altıncı “Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, final mərhələsinin üçüncü günündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, ədliyyə naziri Fərid Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, səhiyyə naziri Teymur Musayev, mədəniyyət naziri Adil Kərimli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “Azerconnect Group”un baş direktoru Emil Məsimov, gənclər və idman nazirinin müavini, müsabiqənin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.