Bu ilin birinci yarısında Qəbələ rayonunda əhalinin sayı 441 nəfər artaraq, iyulun 1-i vəziyyətinə 108 min 231 nəfərə çatıb. Onlardan 36 min 690 nəfəri şəhər, 71 min 541 nəfəri isə kənd əhalisidir.
×
Bu ilin birinci yarısında Qəbələ rayonunda əhalinin sayı 441 nəfər artaraq, iyulun 1-i vəziyyətinə 108 min 231 nəfərə çatıb. Onlardan 36 min 690 nəfəri şəhər, 71 min 541 nəfəri isə kənd əhalisidir. Əhalinin 55 min 90 nəfərini kişilər, 53 min 141 nəfərini isə qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov məlumat verib.
İdarə rəisi bildirib ki, cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsi tərəfindən 761 doğulan körpə və 320 ölüm halı qeydə alınıb. Altı ayda Qeydiyyat şöbəsi tərəfindən 151 nikah və 52 boşanma halı rəsmiləşdirilib.