Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ali Məhkəmənin Plenum iclasında respublika məhkəmələrinə yeni təyin olunan 39 hakim and içib

ID:

08.07.2022 12:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

İyulun 8-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Plenumun iclasını giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasına və bu sahədə davam edən islahatların dərinləşməsinə təkan verdiyini vurğulayıb.