Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

ID:

26.04.2024 15:10 / İDMAN

Foto : AZƏRTAC / Səfiyar Məcnun

Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 71 idmançı medallar uğrunda mübarizə aparıb.