Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Akademik Musiqili Teatrda “Leyli və Məcnun” tamaşasına ictimai baxış olub

ID:

18.10.2023 15:30 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.