Ədliyyə Nazirliyinin, UNICEF-in və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mayın 31-də Bakıda “Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı” mövzusunda tədbir keçirilib.
×

AZƏRTAC xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykens, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsmanı) Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Mediasiya Şurası idarə heyətinin sədri Nadir Adilov çıxış ediblər.
Tədbirdə uşaqların maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələrdə onların normal böyümələrinə və inkişafına təhlükə yaradan amillər müzakirə olunub, suallar cavablandırılıb.