Aprelin 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2021-2022-ci tədris ilinin yekunlarına dair həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin əlaçı tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.
×

AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. S.Möhbalıyev qeyd edib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.
Ali təhsil müəssisələrinin tələbələri çıxışlarında AHİK-in onlara göstərdiyi diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra həmkarlar ittifaqı fəalı olan, qış imtahan sessiyasının nəticələrinə görə ali təhsil müəssisələrinin əlaçı tələbələrinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.
Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. Bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2654 nəfər tələbə bu təqaüddən yararlanıb.