Ağsu rayonunda 8 min nəfər əhalisi olan 9 kənd yaşayış məntəqəsini birləşdirən 39 kilometr yolda yenidənqurma işləri görülür.
×
Ağsu rayonunda 8 min nəfər əhalisi olan 9 kənd yaşayış məntəqəsini birləşdirən 39 kilometr yolda yenidənqurma işləri görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ülgücli, Curuğlu, Maşadqanlı, Ağarx, Bozavand, Qarabağlı, Şahbəyli, Rəhimli və Qaradağ kəndlərini birləşdirən yol regionların sosial iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan layihəyə əsasən həyata keçirilir.
Qeyd edək ki, cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan yolda yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “16 nömrəli yol istismarı” MMC tərəfindən görülür. Artıq yolun 22 kilometr hissəsi hazırdır. Yol boyunca, habelə bütün süni qurğular dəyişdirilir.