Əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
×
Əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, karantin qaydalarına riayət etməyənlər barəsində qanuna müvafiq tədbirlər görülür.
Növbəti belə tədbirlərdən biri də Ağstafada təşkil olunub. Sanitar rejiminin qaydalarına riayət etmək məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırıb. Eyni zamanda vətəndaşlara tibbi maskalar paylanılıb.