İşğaldan azad olunan doğma Ağdama getdiyim üçün çox həyəcanlıyam. 30 ilə yaxın ayrılıqdan sonra ana yurduma getmək mənə yuxu kimi gəlir.
×
İşğaldan azad olunan doğma Ağdama getdiyim üçün çox həyəcanlıyam. 30 ilə yaxın ayrılıqdan sonra ana yurduma getmək mənə yuxu kimi gəlir.
Bu fikirləri yanvarın 31-də AZƏRTAC-a müsahibəsində Bakı-Ağdam avtobusu ilə yola düşən İlqar Hacıyev deyib.
“Erməni vəhşiliyi nəticəsində Ağdam tamamilə dağılıb. Lakin Vətən həsrəti hər şeydən üstündür. Məqsədim doğma diyarımı ziyarət etməkdir. Ağdamın işğaldan azad edilməsi xəbəri ailəmizdə böyük sevinclə qarşılandı. Allah torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət etsin, qazilərimzə isə cansağlığı versin. Biz onların qarşısında baş əyirik. Torpaqlarımızın azad edilməsində onlara borcluyuq”, - deyə İ.Hacıyev vurğulayıb.