Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ağcabədidə DİN-in Daxili Qoşunlarının yeni inşa edilən hərbi şəhərciyinin açılışı olub Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər

ID:

14.02.2022 10:50 / RƏSMİ XRONİKA

Foto : AZƏRTAC / Vüqar Əmrullayev

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.