Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında dördüncü olub.
×
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlüyümüz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında dördüncü olub.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizin balans hərəkətində final çıxışı 28,860 xalla qiymətləndirilib.
Fəxri kürsünün ən yüksək pilləsində 29,360 xalla Belçika cütlüyü yer alıb. Böyük Britaniya komandası 28,940 xalla bürünc medala sahib olub. Almaniya komandası 28,940 xalla çempionatı üçüncü pillədə başa vurub.
Çempionatda 17 ölkədən 170 gimnast iştirak edir.
Azərbaycan komandasının hesabında 3 medal var. Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıblar.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.