Mən son illər keçirilən ağacəkmə aksiyalarının fəal iştirakçısıyam. İndiyədək Xətai rayonunda və Xocasənda keçirilən yaşıllaşdırma tədbirlərində yaxından iştirak etmişəm.
×
Mən son illər keçirilən ağacəkmə aksiyalarının fəal iştirakçısıyam. İndiyədək Xətai rayonunda və Xocasənda keçirilən yaşıllaşdırma tədbirlərində yaxından iştirak etmişəm. Bu, çox faydalı, ölkə, cəmiyyət, ekologiya üçün, ümumən yaşadığımız dünya üçün çox gərəkli olan bir işdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində keçirilən kütləvi ağacəkmə kampaniyasında iştirak edən könüllü Aysel Əzizova deyib.
Müşfiqabadda keçirilən ağacəkmə kampaniyasının iştirakçısı öz fikrini belə ifadə edib: “Ağacları təbiətin “yaşıl ciyəri” adlandırırlar. Yeni yaşıllıqların, meşə zolaqlarının salınması ana təbiətin qorunmasında, çirklənmənin qarşısının alınmasında və havanın təmizlənməsində müstəsna rol oynayır. Belə bir tədbirdə iştirak edib pay sahibi olduğuma görə çox sevinirəm”.