Fevralın 28-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.
×
Fevralın 28-də “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşü açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova professor Dilarə Seyidzadənin həyat və fəaliyyət barədə danışıb.
Professor Dilarə Seyidzadə göstərilən diqqətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib. O, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.
Görüş diskussiya formatında davam edib. Qonaq tələbələrin Ümummilli Lider Heydər Əliyevlə bağlı suallarını cavablandırıb.