İşğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası mühüm məsələlərdəndir. Abidələrimizin qorunması və mühafizəsi təkcə dövlətin vəzifəsi deyil, hər birimizin borcudur.
×
İşğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası mühüm məsələlərdəndir. Abidələrimizin qorunması və mühafizəsi təkcə dövlətin vəzifəsi deyil, hər birimizin borcudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin birinci müavini Adil Kərimli fevralın 28-də “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı parlamentdə keçirilən birgə dinləmədə deyib.
Nazir müavini bildirib ki, mədəniyyət sahəsində çalışan 41 min işçidən 30 mini yerlərdə fəaliyyət göstərir. Bu sahədə çalışanların cəmi 7 faiz ixtisası üzrə çalışır. Bu da təbii olaraq milli təhlükəsizlik məsələlərinə gətirib çıxarır.
O qeyd edib ki, yerlərdə kitabxanaların vəziyyəti qənaətbəxş deyil, kitab təminatında müəyyən problemlər var.
Milli musiqi ritmlərindən də danışan Adil Kərimli bildirib ki, xalqımızın yaşayışını, adət-ənənələrini özündə əks etdirən milli rəqslərimizin, musiqimizin təbliğində problemlər vardır.