VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ADA Universitetində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyalar keçirilir.
×
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ADA Universitetində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyalar keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyanın birinci hissəsində “Mədəniyyətlərarası ünsiyyət təhsilin inkişaf faktorlarından biri kimi”, “Mədəniyyətlərarası anlaşmanın təşviq edilməsində təhsil, elm və təlimin rolu”, “Yaddaş, mədəniyyətlər və mədəniyyətlərarası əlaqələr”, “Milli mədəniyyətdən qlobal sinerjiyə: mədəniyyətlərarası dialoqun yeni paradiqmaları” mövzularında çıxışlar nəzərdə tutulub.
Növbəti hissədə isə “Ümumi təhsilin dövlət standartlarının yenilənməsi və burada dialoq və rəqəmsal vətəndaşlıq kompetensiyaları”, “Rəqəmsal transformasiya şəraitində mədəniyyətlərarası dialoq və sosial etimad: təhsil siyasətinin strateji prioritetləri”, “İntibah 2.0: Süni intellekt dövründə Çin və Avropanın ortaq missiyası”, “Süni intellekt dövründə mədəni suverenlik: Gələcək nəsli kimin dəyərləri formalaşdıracaq?”, eləcə də “İncəsənət təhsili rəqəmsal dövrdə: yaradıcılığın inkişafı və mədəniyyətlərin yaxınlaşdırılması” mövzularında məruzələr dinləniləcək.
Sessiyalarda təhsil, elm və mədəniyyətin mədəniyyətlərarası anlaşmanın möhkəmləndirilməsində rolu, rəqəmsal transformasiyanın yaratdığı imkanlar, süni intellektin təsiri və gələcək nəsillərin dəyərlərinin formalaşması məsələlərinin müzakirəsi nəzərdə tutulur.