Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

ADA Universitetində qlobal çağırışların müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

ID:

30.03.2022 19:15 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Arif Quluzadə

Martın 30-da ADA Universitetində Qlobal çağırışların müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində ADA Universitetinin prorektorları Fariz İsmayılzadə, Vəfa Kazdal, Kembric Mərkəzi Asiya Forumunun direktoru professor Montu Saksena, Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzi COMPASS layihəsinin baş tədqiqatçısı və Kent Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə professoru Yelena Korosteleva çıxış ediblər.