Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

ID:

16.04.2024 18:15 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Arif Quluzadə

Aprelin 16-da ADA Universitetində Karyera Hazırlığı Həftəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyilə keçirilən və aprelin 25-dək davam edəcək Karyera Hazırlığı Həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdən ibarətdir.