Oktyabrın 6-da ADA Universitetində türk araşdırmaçısı Sinan Cananın “İFA - İnsanın Fabrika Ayarları” kitabının imza günü keçirilib.
×
Oktyabrın 6-da ADA Universitetində türk araşdırmaçısı Sinan Cananın “İFA - İnsanın Fabrika Ayarları” kitabının imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabda insan bədəninin fizioloji xüsusiyyətlərindən söhbət aparılır.
Kitabı pandemiyadan əvvəl yazdığını bildirən Sinan Canan deyib: “İnsan beyninin davranışları istiqamətində araşdırmalar aparıram. 15 illik fəaliyyətim boyu insanın xəstəlik tapmadan daha sağlam yaşaması, onun psixoloji xüsusiyyətini araşdıraraq bütün biliklərimi bir araya gətirərək “İFA - İnsanın Fabrika Ayarları” kitabını yazdım. Kitabımda insanın fizioloji xüsusiyyətlərini anlatmağa çalışmışam. Çox zaman biz insanın bu xüsusiyyətlərini bilmədən onun sağlamlığına müdaxilə edirik. İnsanın fiziologiyasını bilsək onun sağlamlığının qorunmasına daha çox yardım edə bilərik. Mənim kitabım sağlam insanların sağlamlığını qoruması haqqındadır”.
Kitabın beş bölmədən ibarət olduğunu deyən müəllif bildirib ki, insanın sağlamlığının qorunmasında beş amil rol oynayır. Müasir texnologiyalar dövründə yaşayan insan daim telefon, kompüterin əhatəsindədir. Bir barmağın toxunuşu ilə o, evinə istədiyi şeyi gətizdirə bilər. Ancaq əcdadlarımız qidalanmaq üçün nə qədər enerji sərf edirdilər. Birinci və ən vacib amil də məhz insanın passiv həyat tərzidir.
Qeyd edib ki, insanın sağlam qalması üçün o, gərək gün ərzində 16 saat ac qalsın. Bu zaman bədəndə dəyişikliklər baş verir, hətta xərçəng xəstəliyi belə geri çəkilir. İnsanın cəmiyyətin bir üzvü olduğunu deyən Sinan Canan qeyd edib ki, insan daim ünsiyyətdə olmalı və ən əsası da bir-birinə kömək durmalıdır. İnsanın həyatı sıxıcı keçirsə, o, xəstəlik tapır. Stres nəticəsində insanın vücudu sürətlə qocalmağa başlayır. Stresdən qurtulmağın bir səbəbi də odur ki, insan gələcəkdə baş verəcək problemləri haqda düşünməməli, beynini bununla məşğul etməməli və yalnız bu günü ilə yaşamalıdır. İnsan hər bir işi sevgi ilə görərsə, asanlıqla bütün çətinliklərin öhdəsindən gələ bilər.
Sonra müəllif iştirakçıların sualların cavablandırıb.