Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Açıq havada fəaliyyət göstərən ictimai iaşə obyektlərinin böyük əksəriyyətində qaydalara riayət olunur, aşkarlanan nöqsanlar aradan qaldırılır

ID:

19.08.2020 17:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 18-dən etibarən Bakı şəhəri də daxil olmaqla, 7 şəhər və 6 rayonda ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.