Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir

ID:

15.07.2020 14:20 / CƏMİYYƏT

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.