Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Abşeron rayonunda karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb

ID:

14.07.2020 15:25 / CƏMİYYƏT

Paytaxtın Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən restoran aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Abdullayevin işlətdiyi “Kənd ocağı” restoranının müştərilərə yerində xidmət göstərdiyi məlum olub.