Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumu çərçivəsində 2020-ci il ərzində 91 aztəminatlı ailədən olan qadına hüquqi yardım göstərilib.
×

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisdə dinlənilən hesabatında öz əksini tapıb.
Bildirilir ki, 2020-ci il ərzində gender əsaslı zorakılıqla bağlı 85 cinayət işi üzrə 103 şəxs barəsində prokurorluq orqanları, 291 cinayət işi üzrə 291 şəxs barəsində daxili işlər orqanları tərəfindən ümumilikdə 376 cinayət işi üzrə 394 şəxs barəsində araşdırma aparılıb və müvafiq qərarlar qəbul edilib.