Sentyabrın 16-da Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Bilik Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Təhsil Kompleksinin işlər üzrə direktor müavini İlahə Həsənəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyinin təhsil sahəsində apardığı uğurlu siyasətdən danışıb.
×
Sentyabrın 16-da Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Bilik Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Təhsil Kompleksinin işlər üzrə direktor müavini İlahə Həsənəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyinin təhsil sahəsində apardığı uğurlu siyasətdən danışıb. Direktor müavini qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Qələbə qazanaraq 30 illik torpaq həsrətimizə son qoydu: “Biz xoşbəxt insanlarıq ki, bu Qələbənin şahidi olduq, bu sevinci yaşadıq.
Lakin təəssüf ki, heç bir qələbə itkisiz olmur. Torpaqlarımızın azad olunması uğrunda neçə-neçə igidlərimiz şəhidlik zirvəsinə ucaldı. Kompleksimizin şəhid məzunları Nicat Tarıverdiyev, Fərid Əliyev, Yusif Budaqov da Vətən müharibəsində qəhrəmancasına həlak oldular. Hər il onların xatirəsini ehtiramla anırıq. Torpaqlarımızın azad edilməsindən qürur duyuruq”.
İlahə Həsənəliyeva çıxışında Azərbaycanda təhsil üçün yaradılan geniş imkanlara da diqqət çəkib.
“Prezident İlham Əliyevin göstərişi ilə tikilən məktəblər gənc nəslin mükəmməl təhsilə yiyələnməsi, gələcəkdə Azərbaycanımızın adını zirvələrə qaldırması üçün zəmin yaradır. Məktəb xüsusi bir dünyadır. Məktəb qürur və sevincdir”, - deyə direktor müavini bildirib.