Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

11 min şəxsə təyin olunan birdəfəlik ödəməyə görə 67 milyon manat vəsait ayrılıb

ID:

02.08.2022 13:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

11 min Birinci Qarabağ müharibəsi əlilinə təyin edilən birdəfəlik ödəməyə görə 67 milyon manat vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov avqustun 2-də Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə həsr olunmuş mətbuat konfransında deyib.