“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanları Bakı şəhərində 5 imtahan mərkəzində keçirilir. Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 1202 nəfər iştirak etmək hüququ qazanıb.
×

AZƏRTAC xəbər verir ki, bunu əyani mərhələnin imtahanını izləyən jurnalistlərə açıqlamasında “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib. O bildirib ki, əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” olmaqla iki imtahandan ibarətdir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.