Builki “Yüksəliş” müsabiqəsinin test imtahanlarında yeniliklər ediləcək. Müsabiqədə namizədlərin informasiya texnologiyaları sahəsində bilikləri də yoxlanılacaq.
×
Builki “Yüksəliş” müsabiqəsinin test imtahanlarında yeniliklər ediləcək. Müsabiqədə namizədlərin informasiya texnologiyaları sahəsində bilikləri də yoxlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev növbəti müsabiqənin qeydiyyat mərhələsinin başlanması ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. O bildirib ki, sualların məzmununda da dəyişiklik olacaq. Əvvəl təkcə ölkəyə aid suallar verilirdisə, bu il dünyada baş verən hadisələrlə bağlı suallar da olacaq.
Qeyd edək ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. Qeydiyyat martın 31-i saat 18:00-dək davam edəcək. 21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Müsabiqə qeydiyyat, onlayn, əyani, yarımfinal və finaldan ibarət olmaqla 5 mərhələdən ibarətdir.
Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20 iştirakçı idarəçi rəhbərlərin iştirakı ilə birillik mentorluq proqramına qoşulma və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.