Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“YAŞAT” xeyriyyə marafonu çərçivəsində 1 milyon manatdan çox vəsait toplanıb

ID:

31.05.2021 12:40 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

“YAŞAT” xeyriyyə marafonuna start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 milyon manatdan artıq vəsait toplanıb. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb.