Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı professor Cahangir Cahangirovun "Xanəndənin taleyi" operası nümayiş edilib.
×
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı professor Cahangir Cahangirovun "Xanəndənin taleyi" operası nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri unudulmaz bəstəkarın 100 illiyinə həsr olunub.
Operada Mir Səid rolunu Əməkdar artist İlkin Əhmədov canlandırıb. Həmçinin digər rolları teatrın aparıcı solistləri Əməkdar artistlər Afaq Abbasova (Xanım), Əliəhməd İbrahimov (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Tural Ağasıyev (Aşur bəy), solistlər Fəhmin Əhmədli (Qasım), Mahir Tağızadə (Məmməd) və Rza Xosrovzadə (Əsədulla bəy) ifa ediblər.
Səhnə əsəri Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.
İfaçıların məharətli çıxışı operanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, “Xanəndənin taleyi” operasını C.Cahangirov 1978-ci ildə qələmə alıb. Opera XX əsrin əvvəllərində şöhrətin ən uca zirvəsində ikən Avropaya mühacirət edən və həyatının sonuna kimi Vətən həsrəti ilə yaşayıb dünyasını dəyişən xanəndə Mir Səidin faciəvi taleyindən bəhs edir.