Sentyabrın 7-də Bakı Konqres Mərkəzində “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
×
Sentyabrın 7-də Bakı Konqres Mərkəzində “Vəkil olmaq istəyirəm” adlı yay məktəbinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra kollegiyanın əməkdaşı Günay Sultanova yay məktəbi barədə hazırlanmış videoçarxı nümayiş etdirib və tədris proqramı barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edilib ki, ölkədə ilk dəfə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi bir aylıq yay məktəbi təşkil olunub. İyulun 15-dən avqust 15-dək keçirilən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim edilib, fərqlənmə ilə bitirən 36 tələbə isə bölgələrdə təşkil olunmuş yay düşərgəsində iştirak edib.
Layihənin əsas məqsədi gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsinə töhfə verməkdən ibarətdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən kollegiyanın sədri Anar Bağırov layihənin yekunlarına həsr edilmiş tədbirdə iştirak edən hər kəsi salamlayıb və bildirib ki, ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də uğurla davam etdirilən gənclər siyasəti nəticəsində cəmiyyətimizdə gənclərin ictimai həyatın bütün sahələrində fəallığı artıb. Belə bir şəraitdə təşkil olmuş yay məktəbinin gözləntiləri doğrultmasından, gələcəkdə bu kimi layihələrin davamlı keçiriləcəyindən, gənclərə dəstəyin daim diqqət mərkəzində olmasından bəhs edib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov layihənin uğurlu təşkili və başa çatması münasibətilə yay məktəbinin təşkilində əməyi olan hər kəsi və iştirakçıları təbrik edib, bu məktəbin gənc hüquqşünasların həm də praktiki biliklərinin artırılmasında böyük töhfə verdiyini qeyd edib