Tennis üzrə dünya reytinqində altıncı pillədə qərarlaşan kanadalı Byanka Andreesku ABŞ açıq çempionatında (US Open) iştirak etməyəcək.
×
Tennis üzrə dünya reytinqində altıncı pillədə qərarlaşan kanadalı Byanka Andreesku ABŞ açıq çempionatında (US Open) iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə tennisçi “Twitter”dəki səhifəsində məlumat paylaşıb. “US Open”in ötənilki qalibi 20 yaşlı idmançı yaxınları ilə uzun sürən müzakirələrdən sonra Nyu-Yorkda təşkil olunacaq yarışa qatılmamaq haqqında qərar qəbul edib.
Daha əvvəl 10-dan artıq tennisçi “US Open”də iştirak etməyəcəyini açıqlamışdı. Onların arasında dünyanın ikinci tennisçisi ispaniyalı Rafael Nadal, bir nömrəli raketka ustası avstraliyalı Eşli Barti, isveçrəli Stanislas Vavrinka və başqaları da var.
“US Open” avqustun 31-dən sentyabrın 13-dək Nyu-Yorkda təşkil olunacaq.