Bakı Biznes Mərkəzində Türkiyənin bir neçə nüfuzlu şirkətinin təşəbbüsü və Türkiyə Azərbaycan Hədəf 2023 Platforumunun təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev doğumunun 98 ilində” adlı panel tədbir keçirilib.
×

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Cümhuriyyətinin Marmara, Harmiad, Vatan Kablo kimi şirkətlərinin rəhbər nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat, Energetika, Müdafiə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura.
Komitəsinin, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər qurumların səlahiyyətli nümayəndələri də iştirak ediblər. Tədbirin mühüm hissəsində ulu öndər Heydər Əliyevin fəaliyyəti dönəmində Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətərində əldə edilən uğurlar, eyni zamanda “Bir millət, iki dövlət” tarixi kəlamının hazırda Azərbaycan və Türkiyənin xarici siyasət baxışında ən yüksək şəkildə icra edilməsinə diqqət yetirilib. Çox qürurverici haldır ki, bu il tarixi Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Azərbaycan xalqı öz Ulu Öndərinin tarixi vəsiyyətini yerinə gətirmiş oldu.
Məhz tədbir zamanı bu məsələlərə də xüsusi yer ayrılıb. Eyni zamanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ilini bir araya gətirən Türkiyə Azərbaycan Hədəf 2023 Platforumunun gələcək layihələri barəsində də ictimaiyyətə geniş məlumat verilib.