Bu gündən Azərbaycanda yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyə istehsalı olan “Turkovac” peyvəndinin 3-cü faza kliniki sınaqlarının aparılmasına başlanılır.
×
Bu gündən Azərbaycanda yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyə istehsalı olan “Turkovac” peyvəndinin 3-cü faza kliniki sınaqlarının aparılmasına başlanılır.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Bakı Sağlamlıq Mərkəzi ilə Türkiyənin Sağlamlıq İnstitutları Qurumu arasında protokol imzalanıb.
Protokolu Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və Türkiyənin Sağlamlıq İnstitutları Qurumunun sədri Erhan Akdoğan imzalayıblar.
İmzalanma mərasimində Türkiyə Aşı İnstitutunun professoru Ateş Kara və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev çıxış edərək “Turkovac” peyvəndinin üstün keyfiyyətlərindən danışıblar.
Çıxış edənlər bildiriblər ki, peyvəndin yan təsirləri aşkarlanmayıb, qoruyuculuğuna görə digər təsdiqlənmiş peyvəndlərlə eyni təsir gücünə malikdir.
İnoktivasiya olunmuş “Turkovac” Azərbaycanla bərabər Macarıstan, Polşa, Özbəkistan, Qırğızıstan, Pakistan və Argentina kimi ölkələrdə də sınaqdan keçiriləcək.