Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son olaraq böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda çoxnövçülük yarışında ölkə çempionu bəlli olub.
×
Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının birinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son olaraq böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qrupunda çoxnövçülük yarışında ölkə çempionu bəlli olub. Uğurla çıxış edən “Tokio-2020” Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova Azərbaycan çempionu olub.
Arzu Cəlilova yarışı gümüş, İlona Zeynalova isə bürünc medalla başa vurublar.
İki gün davam edəcək çempionatda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.
Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər.