“Mançester Siti” klubunun rəhbərliyi hələ də baş məşqçisi Xosep Qvardiolaya güvənir.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşrinin məlumatına görə, klubun sərmayədarları ispaniyalı mütəxəssisi istefaya göndərmək fikrində deyil.
×
“Mançester Siti” klubunun rəhbərliyi hələ də baş məşqçisi Xosep Qvardiolaya güvənir.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşrinin məlumatına görə, klubun sərmayədarları ispaniyalı mütəxəssisi istefaya göndərmək fikrində deyil. Hətta mənbə klub rəhbərliyinin Qvardiola ilə müqavilə müddətini yeniləmək istədiyini də yazır. Hazırda mütəxəssisin klubla müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.
Xatırladaq ki, bu mövsüm “Mançester Siti” Premyer Liqada ikinci pilləni tutub, Çempionlar Liqasında isə dörddəbir final mərhələsinədək irəliləyib. Bununla yanaşı, klub bu mövsüm İngiltərə Superkuboku və Liqa Kubokunu qazanıb. Komanda ölkə kubokunda yarımfinalda mübarizəni dayandırıb. Qırx doqquz yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun başçılığı altında mançesterlilər 8 titul qazanıblar.