Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin qalibləri mükafatlandırılıb

ID:

27.04.2022 19:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Roman İsmayılov

Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.