Avrokubok oyunları bizim üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Selye” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.
×

O, rəqibin yaxşı komanda olduğunu bildirib: "Ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləmişdilər. Bu cür matçlarda kiçik detallar həlledici rol oynayır. "Selye"nin gücünə bələdik. Ötən illə müqayisədə heyətdə müəyyən dəyişikliklər olub. Komandamdan razıyam. Bu cür davam etsək, müsbət nəticələr olacaq. Söz verirəm ki, azarkeşlər üçün baxımlı oyun sərgiləyəcəyik".
Baş məşqçi "Sabah"a gəlişi barədə də danışıb: "Bu komandanın iddialı olması məni cəlb etdi. Klub 8 ildir yaranıb və uğurları nəticələri çoxdur. Sloveniya klubu ilə oyunlarda da bunu davam etdirmək niyyətindəyik".