Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

“Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik hesabat tədbiri keçirilib

ID:

25.10.2022 11:45 / ELM VƏ TƏHSİL

Foto : AZƏRTAC / Tofiq Babayev

Oktyabrın 25-də “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son dövrdə təhsil sahəsində innovativ texnologiyaların istifadəsi, bu istiqamətdə müəllimlərin bacarıqlarının artırılması, həmçinin sözügedən sahənin inkişafı üzrə keçirilən təhsil layihələrində əldə olunan uğurlardan danışıb.